Son 1 ildə “Neftçi”də maliyyə problemlərinin yaşanması heç kimə sirr deyil. Bu durum həm rəhbərliyə, həm klubun işçilərinə, həm də futbolçulara çətinlik yaradır.
Deyilənlərə görə, qış fasiləsində bəzi legionerlər flaqmanı tərk edəcək. Onların arasında Ernest Nforun adını çəkə bilərik. Kamerunlu futbolçu artıq qərarını verib və menecerinə yeni klub axtarmağı tapşırıb.
Xatırladaq ki, 2013-cü ilin yayında Belçikanın “Kortrjik" klubundan“Neftçi”yə gələn Nforla 2+1 illik müqavilə imzalanmışdı. Lakin “Neftçi” onun gedişinə mane olmayacaq və müqavilə qarşılıqlı razılıq əsasında pozulacaq. (sportal)