​Vaqif Sadıqov: "Azərbaycan yığmasına yerli mütəxəssisin rəhbərlik etməsində israrlıyıq" - AÇIQLAMA

11:30 21 Dekabr 2014

“Biz komitə olaraq israrlıyıq ki, U-21-in baş məşqçisi yerli mütəxəssis olsun və yerli mütəxəssisə etimad göstəriləcəyini gözləyirik”.

Bunu Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

Komitə sədri AFFA-nın baş katibi Elxan Məmmədovla görüşdə bu fikri əsaslandırdıqlarını bildirib. Onun sözlərinə görə, U-21 əsas millinin bir addımlığında olduğundan burada səhv etmək olmaz: "Əcnəbi mütəxəssis gəlsə, komandanı yüksək səviyyəyə çatdırmaq üçün vaxt istəyəcək. Yerli mütəxəssislər isə artıq həmin gənc futbolçuları tanıyırlar. Bernhard Lippert də yerli mütəxəssisin çalışmasını istəyir. İlin sonunadək müzakirələr davam edəcək".

Hazırda 4 namizədin olduğunu bildirən və onların adlarını ictimaiyyətə açıqlamayacağını bildirən V.Sadıqov təyinatın tez müddətdə baş tutmasının tərəfdarı olduğunu söyləyib. 

Komitə sədri Nazim Süleymanovun Məşqçilər Komitəsinə götürülməməsi səbəbini də açıqlayıb. O, təcrübəli mütəxəssisin U-21 millisinə əsas namizəd kimi gördüklərini deyib.

Qeyd edək ki, Məşqçilər Komitəsi son görüşdə U-21-in baş məşqçisi postuna namizədlər siyahısını baş katib Elxan Məmmədova təqdim edib. (report)


Digər xəbərlər

Xəbər xətti