Azərbaycan futbolunda növbəti QALMAQAL: Məşqçi baş hakimə yumruq vurdu

04:00 21 Dekabr 2014

Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların  əvəzedici heyətlərinin yarışında 18-ci turunun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, "Sumqayıt" "Qarabağ"ın qonağı olub.

 

"Dalğa Arena"da keçirilən qarşılaşma sonrası qalmaqal yaşanıb. "Sumqayıt"ın köməkçi məşqçisi Vəfadar Quliyev oyunun  baş hakimi Yusif Hüseynova yumruq zərbəsi endirib. Futbolçular, məşqçilər hadisəyə müdaxilə edərək, mübahisəni yatırıblar. Buna səbəb oyun zamanı bir epizodda sumqayıtlıların penalti tələb etməsi olub. 

 

mənbə: futbolinfo.az


Digər xəbərlər

Xəbər xətti