Tərlan Əhmədov: "Xəzər Lənkəran"a qarşı oynamaq çətindir"

18:30 21 Dekabr 2014

Azərbaycan Premyer Liqasının 18-ci turunda AZAL Lənkəranda “Xəzər Lənkəran”la üz-üzə gəldi. Oyunda hesabı AZAL açsa da, “Xəzər Lənkəran” bərabərlik qolunu vurmağı bacardı – 1-1.

Sportarena.az xəbər verir ki, AZAL-ın baş məşqçisi Tərlan Əhmədov qarşılaşma haqqında bunları söyləyib:

 

“İlin son oyununda qələbə qazanmaq istəyirdik. Açığı, buna yaxın idik. Amma son dəqiqələrdə buraxdığımız qol buna imkan vermədi.  1 xal qazanmağımıza görə də şadam. Çatışmazlıqlarımız var. Vurduğumuz qədər də qol buraxırıq. Fasilədə problemləri aradan qaldırmağa çalışacağıq. “Xəzər Lənkəran”ın adı var, imici var. Oyunu ilə göstərir ki, potensiala malikdir. Lənkəranda “Xəzər Lənkəran”a qarşı oynamaq çətindir. Biz isə səfər oyunlarında xallar qazanmağı bacarırıq. Mənim üçün heyətdə əsas məsələ rəqabətin olmasıdır. Komandada nə əzizim var, nə də sevimli oyunçum. Kim layiqdirsə, o da meydançaya çıxır".


Digər xəbərlər

Xəbər xətti