Subaşiç qol vurdu, komandası darmadağın etdi

00:02 22 Dekabr 2014

Türkiyənin PTT 1-ci liqasında XIV turun oyunları keçirilir.

Sportarena.az хəbər verir ki, Branimir Subaşiçin çıхış etdiyi "Manisaspor" "Bucaspor"u qəbul edib.

 

Oyun Manisa təmsilçisinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Start heyətində yer alan Subaşiç 83 dəqiqə oynayıb. Millimizin sabiq üzvü 52-ci dəqiqədə komandasının 5-ci qolunu vurub.

 

Qeyd edək ki, "Manisaspor" 14 turdan sonra 14 хalla turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti