AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov hakimləri öz ətrafına toplayaraq iclas keçirib. Amma Xaqani Məmmədovun bu istəyi başına bəla olub.
Sportarena.az saytına verilən məlumata görə, iclas zamanı bir neçə hakim – konkret olaraq Ramil Diniyev, Ramiz Məhərrəmov və Elman Musayev oyunlara təyinat almamaları ilə bağlı kəskin etirazını bildiriblər. Hətta onlardan biri keçmiş FİFA hakim köməkçisi Elman Musayev Xaqaniyə qarşı daha sərt davranıb :
“Mən niyə oyunlara təyinat almıram, mənə bax, indi burada olan külqabını çırparam təpənə”.