"İnterAz" televiziyasında "Arena" verilişinin növbəti çəkilişi reallaşıb.
Sportarena.az xəbər verir ki, verilişin bu dəfəki qonaqları sabiq FİFA referisi, "Xəzər-Lənkəran"ın sabiq idman direktoru Babək Quliyev və tanınmış müğənni Zaur Babayev olub. Verilişdə "Qarabağ"ın qış çempionluğuna qədər keçirdiyi oyunların analizi aparılıb. Bundan əlavə qonaqlar "Qarabağ" və "İnter"i ən güclü komandalar sırasında görüblər. Verilişdə Babək Quliyev "Neftçi"nin son durumudan danışaraq son illərdə komandada baş verənlərdən də söz açdı. Bundan başqa, Babək Quliyev AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu sərt tənqid edərək oyunlarda yaşanan hakim biabırçılığından da danışıb : "Nə qədər ki, Xaqani Məmmədov HK-nin sədri olacaq, hakimliklə bağlı biabırçılıqlar çox olacaq".