Xəbər verdiyimiz kimi, Premyer Liqanın XVIII turu çərçivəsində keçirilən "Qəbələ" - "İnter" oyununda qonaq komandanın azarkeşləri ilə "Qəbələ"nin qapıçısı Kamran Ağayev arasında gərginlik yaşanıb və hər iki tərəf təhqirlərə yol verib.
Sportarena.az xəbər verir ki, oyundan sonra "Qəbələ"nin məşqçisi Sənan Qurbanov Kamran Ağayevin azarkeşlərlə yaşadığı olaya münasibət bildirib :
"Belə halın baş verməsi çox üzücüdür. Kamran Ağayev belə bir vəziyyətdə aqressiv olmamalı idi, azarkeşi söyməməli və dözümlüllük göstərməli idi".
Samir, Sportarena.az