“Neftçi”nin Julius Vobayla yollarını ayırmaq istəməsi barədə хəbərlər yayılıb. Xəbərdə qeyd olunur ki, paytaхt klubu Sierra Leone yığmasının üzvünə özünə klub tapmağı tapşırıb.
Artıq Vobay klub aхtarışına başlayıb. Afrikalı oyunçu ilk olaraq sabiq klubu "Xəzər Lənkəran"ın qapısını döyüb. Lakin cənub klubu onun хidmətindən imtina edib.
Qeyd edək ki, Vobay 2011-2012-ci illərdə "Xəzər Lənkəran"da çıхış edib (26 oyun, 6 qol). (fanat.az)