Xəbər verdiyimiz kimi, "İnterAz" televiziyasında "Arena" verilişinin növbəti çəkilişi reallaşıb.
Sportarena.az xəbər verir ki, verilişdə musiqili qonaq qismində yer alan və "Xəzər-Lənkəran" azarkeşi kimi tanınan Zaur Babayev Premyer Liqa oyunlarının müzakirəsi zamanı "Qarabağ"ın sərgilədiyi oyunu alqışlayıb :
"Hazırda çempionatımızda ən güclü klub "Qarabağ"dır. Digər komandalar "Qarabağ"ın sərgilədiyi oyuna baxsın. "Qarabağ" bizləri Avropa Liqası oyunlarında da sevindirdi. Arzu edirəm ki, "Xəzər-Lənkəran" belə bir oyun göstərə bilsin".