"Bakı"nın baş məşqçisi darmadağınlı oyundan danışdı : "Hesab belə olmamalı idi"

14:39 22 Dekabr 2014

"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Azərbaycan Premyer Liqasının 18-ci turunda səfərdə "Simurq"a 2:5 hesabı ilə uduzduqları oyunu şərh edib.

Sportarena.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, o, qarşılaşma haqda bunları deyib:

“Erkən qol vurmağımıza baxmayaraq, az sonra qapımızdan qol buraxdıq. Məğlubiyyət üzücüdür. Hesab belə olmamalı idi. Nə etmək olar? Futbolçularım gəncdir. Biz onları növbəti mövsümlər üçün hazırlayırıq”.


Digər xəbərlər

Xəbər xətti