Azərbaycan Premyer Liqasının cari mövsümünün bombardiri dəyişib.
Bir qədər öncə başa çatan "Simurq" - "Bakı" görüşündə (5:2) iki qol vuran qonaqların futbolçusu Nurlan Novruzov bombardirlər siyahısında birinci pilləyə yüksəlib.
Bu oyuna qədər aktivində 7 qol olan N.Novruzov "Simurq"la matçda dubl etməklə "İnter"in futbolçusu Mikel Alvaronu geridə qoyub. M.Alvaro 8 qolla ikinci pillədə qərarlaşıb.