Premyer Liqa üzünə həsrət qalan Anar Salmanovu I Diviziondan da uzaqlaşdırırlar.
Sportarena.az xəbər verir ki, heç də işləri yolunda getməyən Anar Salmanov daha bir zərbə də alıb. Belə ki, o yanvar ayında hakimlərin Antalya təlim-məşq toplanışına da getməyəcək. Çünki siyahıda onun adı yer almayıb.
Bildirək ki, bu yaxınlarda AFFA Hakimlər Komitəsi onun adını UEFA-ya da göndərməmişdi.