Abdulbari Gözəl "Qarabağ"ın bazasında - FOTOLAR

18:03 22 Dekabr 2014

"Qarabağ" klubun prezidenti Abdulbari Gözəl komandanın bazasını ziyarət edib.

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni "Qarabağ" erasının təməlini qoyan, Avropa Liqasının qrup mərhələsini hakim haqsızlığı səbəbindən aşa bilməyən klubun prezidenti daim özünəməxsus strategiya ilə "Qarabağ"ın inkişafına təkan verib.
 
Məhz Gözəl bəyin memarı olduğu "Qarabağ" bu gün milyonlar tərəfindən sevilir. Abdulbarı Gözəlin bu gün bazanı ziyarəti heç də təsadüfi olmayıb. Gözəl bəy klubun idarə heyətinin üzvü Fevzihan Arasla birlikdə bazaya təşrif buyurub.

Klub prezidentini "Qarabağ"ın direktoru Əmrah Çəlikəl qarşılayıb. A.Gözəl komandanın baş məşqçisi Qurban Qurbanov və kapitanı Rəşad Sadıqovla görüşüb. Gözəl bəy Qurban Qurbanovu bir daha Avroliqadakı uğurlu çıxış münasibətiylə təbrik edib. Komandanın "İnter"lə oyunda haqsızlığa uğradığını bildirsə də mənəvi cəhətdən qalib olduğunu bildirib. Hər kəsə "Qarabağ" ruhunun fərqliliyini nümayiş etdirildiyini deyib.

"Qarabağ"ın əslində qalib olduğunu bildirərək daha böyük uğurlar üçün yeni çağırışlara zəmin yarandığını vurğulayıb. Ardınca, Gözəl bəy hazırda inşası davam edən stadiona gedib. Tikinti işlərinin gedişatıyla yaxından tanış olub. Stadion inaşaatı haqqında ətraflı bilgilər alan klub prezindeti işlərinin sürətləndirilməsi yönündə təlimatlarını verib.


Digər xəbərlər

Xəbər xətti