Hansı məşhur supermodel almaniyalı futbolçunun sürücüsü olmaq istəyir ? - FOTOLAR

18:46 22 Dekabr 2014

Almaniya millisinin və Dortmund “Borussiya”sının futbolçusu Marko Roys əla təklif alıb.

 

Məşhur supermodel Cordan Karver “Bavariya”ya keçəcəyi təqdirdə Roysa 24 saat sürücü kimi xidmət göstərməyə söz verib.

 

Münhen klubunun azarkeşi olan alman əsilli amerikalı gözəlçə Roysa olan sevgisini etiraf edib.

 

Xatırladaq ki, ötən həftə Marko sürücülük vəsiqəsi olmadan sükan arxasına oturduğu üçün yarım milyon avro məbləğində cərimə edilmişdi. Araşdırma nəticəsində onun 2011-ci ildən bəri sənədsiz maşın sürdüyü məlum olmuşdu. Bu üzdən Karver fürsətdən yararlanmağa çalışıb:

 

“Marko, əzizim, mən təkcə günün 24 saatını, həftənin 7 gününü sənin sürücün olmayacam, həm də sürücülük vəsiqəni almağına kömək edəcəm. Xahiş edirəm razılaş: ya məni sev, ya da heç olmasa “Borussiya”dan “Bavariya”ya keç”.


Digər xəbərlər

Xəbər xətti