"Xəzər-Lənkəran"ın yarımmüdafiəçisi Elnur Abdullayevin klubla olan müqaviləsi yekunlaşıb.
Sportarena.az xəbər verir ki, futbolçunun klubda qalacağı isə hələlik məlum deyil. Məsələ ilə bağlı futbolçu Elnur Abdullayev Sportarena.az saytına açıqlama da verib :
"Klubda qalıb -qalmayacağımı hələ ki bilmirəm. Çünki bu barədə danışıqlar olmayıb. Rəhbərliklə görüşəndən sonra hər şeyə aydınlıq gələcək".
Futbolçu digər klublardan təkliflər varmı" sualını belə cavablandırıb :
"Bəli, digər klublardan təkliflər almışam".
İlkin, Sportarena.az