Uzun müddət haqqında heç bir xəbər eşidilməyən Mirça Rednik bu günlərdə Rumıniya mətbuatında gündəmə gəlib.
Belə ki, son günlər Rumıniya mətbuatı müxtəlif mövzularda “Xəzər Lənkəran”ın keçmiş baş məşqçisi Mirça Rednikin adını hallandırmağa başlayıb. Təcrübəli çalışdırıcı futbol içtimaiyyətinə yeni açıqlamasında səhhətindəki problemdən və bundan sonrakı məşqçilik karyerası ilə bağlı planlarından qısaca danışıb. Rednik qeyd edib ki, uzun müddət dizində olan problem “nəhayət ki, müalicələrdən sonra qismən sağalsa da cərrahi müdaxilə də istisna deyil. Cərrahi əməliyatın yaxın vaxtlarda keçiriləcəyi gözlənilir. Yalnız bundan sonra böyük futbola qayıdışımdan danışa bilərəm. Xaricdən və ölkə daxilindən təkliflər olsa da hələlik onların heç birinə diqqət ayırmıram.”-deyə Mirça Rednik qeyd edib. Əlavə edək ki, dekabrın əvvəlində təcrübəli mütəxəssisin “Dinamo” (Buxarest) və ya “Rapid” (Buxarest) klublarından birinə geçəcəyi deyilirdi. Hətta Belçika mətbuatı onun yenidən “Standard” (Liege) klubuna qayıda biləcəyindən də yazırdı.
12cioyuncu.info