Türkiyə birinci liqa təmsilçisi "Qaziantep BB" U-21 millimizin üzvü Rəhman Hacıyevlə yolları ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Hakan Kutlu məlumat verib. O bildirib ki, 21 yaşlı yarımmüdafiəçi ilə müqaviləni qarşılıqlı razılaşma ilə ləğv ediblər. Hacıyev bu ilin iyulunda "Qaziantep BB" ilə bir illik müqavilə imzalamışdı.
Rəhman Hacıyevin "Neftçi"yə keçəcəyi gözlənilir.