"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov müdafiə xəttinin son oyunlarda zəif çıxış etməsinə münasibət bildirib.
Sportarena.az xəbər verir ki, Qurbanov bu amilin müdafiəçilərinin Avropa Liqasından sonra yerli hücumçulara qarşı oyunlara arxayın, özündənrazı kimi çıxmaları ilə bağlamağın əlehinə olduğunu bildirib: "Xeyr, mən düşünmürəm ki, bizim müdafiəçilər yerli klubların hücumçularına yuxarıdan aşağı baxıb onlara qarşı oyunlara arxayın çıxırlar. Mənim futbolçularım heç kimə yuxarıdan aşağı baxmırlar. Sadəcə, son zamanlar ard-arda oyunlar və yorğunçuluqlar öz təsirini göstərir. başqa səbəb mümkün deyil. Biz özümüz də futbolçularımıza tapşırmışıq ki, Avropa Liqasının qrupunda oynadıqları üçün heç kimə yuxarıdan aşağı baxmasınlar".