Xəbər verdiyimiz kimi, "Neftçi" klubu futbolçusu Julius Vobaydan imtina edib. İndi futbolçu digər klublara transfer olunmaq üçün fəaliyyətə başlayıb. Artıq Vobay əvvəl çıxış etdiyi "Xəzər-Lənkəran"a müraciət edib,amma klub futbolçunun bu istəyini reallaşdırmayıb.
Sportarena.az saytı Vobayla bağlı daha bir xəbər əldə edib. Belə ki, futbolçu "Neftçi"dən son 3 ayın maaşını ala bilməyib, nəticədə o narazı qalıb. "Neftçi" isə futbolçunun pullarını verə bilməyəcəyini, əvəzində isə digər kluba keçməsinə yardımçı olacağına söz verib. Elə buna görə də, futbolçu "Xəzər-Lənkəran"a üz tutub ki, keçidi baş tutsun. Amma klub imtina edincə, ümidlər boşa çıxıb.