Yeni yaranmış Klublar Komitəsi dünən baş tutan iclasında hakimlik məsələsini də ciddi müzakirə edib.
Sportarena.az xəbər verir ki, son dövrlər artan hakim səhvləri və ümumiyyətlə, cari mövsümdə hakimlərin bir sıra kobud səhvlərə yol verməsi klubları da təngə gətirib.
Onlar artıq Hakimlər Komitəsinin fəaliyyəti ilə bağlı AFFA İcraiyyə Komitəsinə şikayət etməyə hazırlaşırlar. Şikayətlə bağlı təklifi bütün klublar dəstəkləyib.