Lənkəranda futbol oynayan zaman dünyasını dəyişən şəxs məmur qardaşı imiş

18:25 23 Dekabr 2014

Lənkəranda futbol oynayan zamani dünyasini dəyişən Canbaxış Əliyev Lənkəran rayon İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyevin qardaşı imiş. 

 

Əlimərdan Əliyev Anspress-ə açıqlamasında Canbaxış Əliyevin səhhətində əvvəllər elə də ciddi problemlər olmadığını deyib.

 

"Bir neçə ay bundan əvvəl ürəyində problemlər olub. Lakin elə də ciddi ağrıları olmayıb. Özü idmançı idi. Dünyada çox adam ürəyində problemlə bağlı rəhmətə gedir. Qardaş itirmək çox ağırdır”, - deyə Əlimərdan Əliyev bildirib.

 

Qeyd edək ki, 1950-ci il təvəllüdlü Canbaxış Əliyev uzun müddət idmanla məşğul olub. Evlidir. 2 övladı və 3 nəvəsi var. O, dünən səhər saatlarında Lənkəran şəhər ərazisində yerləşən idman kompleksində futbol oynayarkən qəfil halı pisləşib. Həkim çağrılana qədər C.Əliyev dünyasını dəyişib.

 

Müayinədən sonra onun infarktdan öldüyü məlum olub.


Digər xəbərlər

Xəbər xətti