"Xəzər Lənkəran"ın yeni baş məşqçisi : "Əsas öz yetirmələrimizə üstün verəcəyik"

21:00 23 Dekabr 2014

"Bu gün klub prezidenti Mais Mənsimovla görüşümüz oldu. Görüşdə yeni komanda qurmaq, gəncləşdirmə siyasətindən danışıldı. Əsas öz yetirmələrimizə üstün verəcəyik. Bəlkə mənim rəhbərliyim altında əvəzedicidən gələn futbolçularımız özlərini doğrulda biləcək. Hələ ki, əvvəlki müqavilə ilə işləyirəm və onun da bitməsinə 2 il var. Fikrimcə, yerimdə kim olsa, müqaviləyə tələsməz".


Bu sözləri "Report.az"a "Xəzər Lənkəran"ın yeni baş məşqçisi Elbrus Məmmədov deyib.

O, heyətdə dəyişikliyin olacağını və bu məsələyə bir neçə gündən sonra aydınlıq gələcəyini söyləyib:

"Yeni bir komanda yaradacağıq. Heyətdə dəyişikliklər olacaq və 3 legioner qalacaq. Biz sabahın komandasını qurmağa çalışacağıq. Komandanın idman direktoru Yunis Hüseynov da mənə yeni işimdə kömək edəcək. Bir neçə gündən sonra hər şeyə aydınlıq gələcək".

Qeyd edək ki, "Xəzər Lənkəran"ın türkiyəli çalışdırıcısı Oğuz Çətin dünən rəhbərliyə istefa verdiyini bildirib və komandanı tərk edib.


Digər xəbərlər

Xəbər xətti