Məlum olduğu kimi “Xəzər Lənkəran”ın əvəzedici heyətini çalışdıran Elbrus Məmmədov əsas heyətə baş məşqçisi təyin olunub.
Əldə olunan məlumata görə əvəzediciləri “qış çempionu” edən Məmmədovun başçılığında indən belə mübarizə aparacaq əsas heyət demək olar ki, prespektivli gənc futbolçulardan təşkil olunacaq. “Xəzər Lənkəran”ın hazırki əsas heyətindən isə istər legioner istərsə də Azərbaycanlı futbolçuların əksəriyyəti klubdan uzaqlaşdırılacaq. Yalnız bir neçə əsas heyət üzvü bundan sonra “Ağ-yaşıl” formanı geyə biləcək.
Təbii ki, bu dəyişikliklər əvəzedici heyətlə aşağı yaş qruplarında top qovan yeniyetmə və gənclər üçün böyük futbola bir başa özü də sürətli keçidlə yol açılır. Dəyişikliklərdən də ilk sevinən yəqin onların valideynləri olacaq. Axı 2004-cü ildən bəri “Xəzər Lənkəran”ın əsas heyətinə düşmək indiki qədər “özünü göstər əsas heyətə düş” kimi sadələşmiş sistemlə olmamışdı. Deməli “Xəzər Lənkəran”ın akademiyasında futbolun sirrlərinə yiyələnən balaca futbolçularımız arasında əməlli başlı rəqabət savaşı başlayacaq. Əlbəttə bu rəqabətin sağlam şəkildə getməsinə nəzarət edilərsə. Digər tərəfdən isə nəzarət mexanizminin özü də sağlam düşüncələr əsasında qurulmalıdır. Mövzu ətrafında fikirləri yekunlaşdıraraq qeyd edək ki, ümid etmək istərdik gəncləşmə siyasəti “Xəzər Lənkəran”ı heç olmasa növbəti yubley illərindən birinə qədər müəyyən uğurlara daşıya biləcək.
12cioyuncu.info