Türkiyə ölkə kubokunun qrup mərhələsində 3-cü turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutub. G qrupunda yer alan “Qalatasaray” “Diyarbəkir BB”nin qonağı olub. İstanbul təmsilçisi rəqibinə 4:1 hesabı ilə qalib gəlib.
“Fənərbaxça” isə doğma publika önündə “Altınordu” ilə qarşılaşıb. Qonaq komanda hesabda öndə olsa da, bu üstünlüyünü sona qədər qoruya bilməyib. 81-ci dəqiqədə Dieqo istanbulluları məğlubiyyətdən xilas edib.
Türkiyə kuboku qrup mərhələsi, 3-cü tur
C qrupu
“Karagümrük” – “Mersin İdmanyurdu” 1:0
Qol: Aktas, 26
E qrupu
“Fənərbaxça” – “Altınordu” 1:1
Qollar: Dieqo, 81 - Balçı, 50
D qrupu
“Ankaragücü” – “Karabükspor” 0:3
Qollar: Kocaklı, 1, Ozkan, 13, Akgün, 28
H qrupu
“Girəsunspor” – “Gənclərbirliyi” 2:2
Qollar: Muriqi, 18, Aktas, 30 - Celik, 71, Kahveci, 86
G qrupu
“Diyarbəkir BB” – “Qalatasaray” 1:4
Qollar: Koç, 43 - Pandev, 31, Bruma, 69, Adin, 81, Kurtuluş, 84