Bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinin ən yaxşıları müəyyənləşib.
Sportarena.az xəbər verir ki, 8 qrupda keçirilən 96 matçda qapılara 279 qol vurulub.
Turnirdə yaxşı çıxış edən "Şaxtyor" (Donetsk) klubunun futbolçusu Luis Adriano qrup mərhələsinin ən yaxşı oyunçusu seçilib. Bril Embolo ("Bazel") ən gənc, Françesko Totti isə qrup mərhələsinin ən yaşlı futbolçusu olub.
Ən yaxşı oyunçu: Luis Adriano ("Şaxtyor", Ukrayna)
Ən gənc futbolçu: Bril Embolo ("Bazel", 17 yaş)
Ən yaşlı futbolçu: Françesko Totti ("Roma" - 38 yaş)
Ən yaxşı komanda: "Real" (Madrid, İspaniya)
Ən yaxşı oyun: "Mançester Siti" (İngiltərə) - "Bavariya" (Almaniya) - 3:2
Geridönüş: "Arsenal" (İngiltərə) - "Anderlext" (Belçika) - 3:3. "Anderlext" 0:3 hesabı ilə geridə olmasına baxmayaraq, 3 qol vurmaqla oyundan bir xalla ayrılıb.
Rekord: Qrup mərhələsində fərqlənən "Barselona"nın hücumçusu Lionel Messi Çempionlar Liqasında vurduğu qolların sayını 75-yə yüksəldərək "Real"ın canlı əfsanəsi Raul Qonzalesi geridə qoyub.