“Zirvə”nin Ankaradakı Dünya çempionatı : Qadınların mübarizəsində son qızılı moldovalı qazandı - YENİLƏNİB + CANLI YAYIM

23:27 24 Dekabr 2014

Azərbaycan idmanının lider klublarından biri – “Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində Klublarası ilk dünya çempionatının final mərhələsi start götürür. Dekabrın 24-25-I Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən və kluba məxsus olan “Altınpark-Akarsu” İdman Kompleksində keçiriləcək bu turnirdə Azərbaycandan başqa 10 ölkədən – Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, Bolqarıstan, Polşa, Belarus, İran, Ukrayna və Moldova – olan filiallarımızın idmançıları iştirak edəcəklər.

Dünya çempionatında final mərhələsi klubların mübarizəsidir. İdmançılar fərdi nəticələrlə yanaşı, təmsil etdikləri klublara da xal qazandırırlar. Sonda müvafiq xallara uyğun olaraq komanda sıralaması tərtib olunacaq və 1-6-cı yeri tutan klublar mükafatalandırılacaqlar.

Çempionat 8 yaş qrupu üzrə keçirilir və qaliblər Sinkleyr cədvəli üzrə müəyyənləşdirilir. Yarış iştirakçıları seçmə mərhələdə göstərdikləri nəticələrə əsasən müəyyən edilmiş, ən yaxşılar finala dəvət edilmişdir. Qruplar aşağıdakılardır:

Qadınlar:

  • WU-15 (yaşı 15-ə qədər olan idmançılar)
  • WU-20 (yaşı 20-yə qədər olan idmançılar)
  • WU+20 (yaşı 20-dən çox olan idmançılar)

Kişilər

  • U-12 (yaşı 12-yə qədər olan idmançılar)
  • U-15 (yaşı 15-ə qədər olan idmançılar)
  • U-20 (yaşı 20-yə qədər olan idmançılar)
  • U+20 (yaşı 20-dən çox olan idmançılar)
  • Veteranlar (yaşı 35-dən çox olan idmançılar)

İlk olaraq körpücük üzərinə U-15, yəni yaşı 15-ə qədər olan qızlar çıxıblar. 

“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində Klublarası ilk dünya çempionatının final mərhələsində qadınlar medal mübarizəsi başa çatıb. Zərif cinsin nümayəndələrindən son olaraq yaşı 20-dən çox olan atletlər qalibləri müəyyənləşdirməyə çalışıblar.

Türkiyənin paytaxtı Ankara şəhərindəki “Altınpark-Akarsu” İdman Kompleksinin yarış zalında keçirilən çempionatın bu yaş qrupunda moldovalı atlet Natalya Prişepa hamını üstələyib. O, 230 kq (105+125) nəticə və 290.28 Sinkleyr xalı ilə qızıl medala sahib çıxıb.

İkinci yeri Bolqarıstandan Milka Maneva tutub. “Smolyan-Zirvə” təmsilçisi 205 kq (90+115) nəticə və 279.18 xalla gümüş medal qazanıb. Fəxri kürsünün son pilləsinə isə həmyerlimiz Anastasiya İbrahimli çıxıb. “Abşeron-Zirvə” klubunun nümayəndəsi 201 kq (89+112) nəticə və 267.45 xalla bürünc medalı boynundan asmaq hüququ qazanıb.

 

 


Digər xəbərlər

Xəbər xətti