Arda Turan şərəfini qoruduğu "Atletiko"dan qış transferi pəncərəsində ayrılacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Sportarena.az xəbər verir ki, o ,Madrid klubundan ayrılmayacağını deyib:
"Atletiko" ilə 2016/2017 mövsümünün sonuna qədər müqaviləm var. Müqaviləmin vaxtı bitənə kimi burada oynayacam. Klun rəhbərliyi də razıl olsa, futbolçu karyeramı "Atletiko"da başa vurmaq istəyərəm. Çünki Madrid klubunda oynamaqdan məmnunam".