SON XƏBƏR - Kamran Ağayev yumruq atdı, cəzasını aldı

16:10 24 Dekabr 2014

Topaz Premyer Liqasının XVIII turunun “Qəbələ” – “İnter” matçında baş verənlər yenidən müzakirə olunub.

 

Oyunun 79-cu dəqiqəsində rəqibə bilərəkdən zərbə endirən qolkiperin hərəkəti hakimin gözündən yayınsa da, AFFA bu məsələyə baxmağı lazım bilib. Matçın videoyazısını izlədikdən sonra İntizam Komitəsi Ağayevi 3 oyun cəzalandırıb. “Qəbələ” isə qapıçısına görə 3000 manat cərimə olunub.

 

Hakimlər Komitəsinə ədalət təmsilçiləri ilə bağlı lazımi tədbirlər görüb İntizam Komitəsinə məlumatlandırmaq tapşırığı verilib.


Digər xəbərlər

Xəbər xətti