AFFA "İnter" və "Neftçi"nin məşqçilərinə 10 oyunluq cəza verdi

17:45 24 Dekabr 2014

15 dekabr 2014-cü il Bakcell U-17 Liqasının “Neftçi” – “İnter” matçı başa çatdıqdan sonra “İnter” klubunun futbolçusu olan Emin Quliyev tribunadan meydançaya daxil olaraq hakimə fiziki təsir göstərmişdir.

Sportarena.az xəbər verir ki, bundan başqa “İnter” klubunun baş məşqçisi Arif Əmirxanovla “Neftçi” klubunun seleksiya üzrə məşqçisi Səmədağa Şıxlarov da biri-birinə qarşı fiziki təsir göstərmişdir.

 

Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:


1. “İnter” klubunun futbolçusu Emin Quliyev hakimə fiziki təsir göstərdiyinə görə 10 oyun cəzalanır (maddə 38.6 ).
2.“İnter” klubunun baş məşqçisi Arif Əmirxanov , “Neftçi” klubunun seleksiya üzrə məşqçisi Səmədağa Şıxlarov biri-birinə qarşı fiziki təsir göstərdiklərinə görə hər biri 10 oyun cəzalanır.Hər iki şəxsin texniki zonaya, stadionun dəhlizinə, soyunub-geyinmə otağına girişinə qadağa qoyulur.


Digər xəbərlər

Xəbər xətti