AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportarena.az хəbər verir ki, komitə üzvləri Premyer Liqanın XVII turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Xəzər Lənkəran"la "Sumqayıt" azarkeşlərinə görə cərimələnib. Belə ki, "Xəzər Lənkəran" fanatları "Qarabağ"la oyunun 12-ci, "Sumqayıt" azarkeşləri "Qəbələ" ilə matçın 79-cu dəqiqəsində meydançaya kənar əşyalar atıb. Hər iki klub 2000 manat cərimə olunub.
"Bakı" və "Xəzər Lənkəran" 4, "Sumqayıt" 5, "Nefxtçi" isə 6 oyunçusu sarı vərəqə aldığından 1000 manat cərimələnib.