Qış fasiləsi yaranan kimi, bir neçə yerli futbolçusu ilə yollarını ayıran “Xəzər Lənkəran” əcnəbiləri ilə də vidalaşa bilər. Hazırda komandada olan 7 əcnəbi futbolçudan 3-ü qalmağa razılıq verib.
Belə ki, rəhbərlik bütün oyunçulara maaşlarının azaldılması şərti ilə yeni sözləşmə təklif edib. Bu təklifə isə Vyekoslav Tomiç, Sadio Tounkara və Afred Sanko artıq müsbət cavab veriblər.
Digər əcnəbilər - Tieqo de Xesus, Manuel Skarlatake, Vanderson Skarduelli və Fernando Qabriellə danışıqlar isə davam edir. Onlar maaşlarının azaldılmasına razı olsalar, “Xəzər Lənkəran”dakı karyeralarını davam etdirəcəklər.
Qeyd edək ki, Deyan Blajevski, Qalin İvanov, Elnur Abdullayev, Rauf Əliyev, Əfran İsmayılov və Rəşad Sadiqov artıq “Xəzər Lənkəran”dan ayrılıblar. (apasport)