Oğlanların yarışında Azərbaycandan birdən-birə üç medal!

00:31 25 Dekabr 2014

“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində Klublarası ilk dünya çempionatının final mərhələsində güclü cinsin nümayəndələri mübarizəyə qoşulublar. Türkiyənin paytaxtı Ankara şəhərində “Altınpark-Akarsu” İdman Kompleksində keçirilən turnirdə kişilərdən ilk olaraq yaşı 12-yə qədər olan idmançılar körpücük üzərinə çıxıblar.

Sevindiricidir ki, fəxri kürsünün hər üç pilləsində Azərbaycan ağır atletləri yer alıblar. Toplam 170 kq (79+91) nəticə və 257.23 Sinkleyr xalı toplayan Manafov Yaqub qızıl medal qazanıb. Ikinci yeri “Abşeron-Zirvə”dən Cavadov Ömər tutub. O, 91 kq (39+52) nəticə və 256.70 xalla gümüş medala sahib çıxıb. Üçüncülük isə “İsmayıllı-Zirvə”dən Rəhimov Kənana qismət olub. Çempionatın ən gənc atleti toplam 79 kq (32+47) nəticə və 252.83 xalla bürünc medala layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti