"Qarabağ" Emeqaraya əvəzləyici tapdı

12:00 25 Dekabr 2014

İnnosent Emeqaranın gedişindən sonra "Qarabağ" forvard axtarışına çıxıb. Baş məşqçi Qurban Qurbanov da mətbuata açıqlamasında qışda bir hücumçu ilə güclənəcəklərini bildirmişdi. 

Sportarena.az xəbər verir ki, "Sportinfo.az" Qurban Qurbanova "Qarabağ" üçün təklif edilən forvardlardan birinin adını dəqiqləşdirib. Etibarlı mənbədən daxil olan məlumata görə, "Qarabağ"a təklif edilən forvard Markus Pedersendi. 

1990-cı ildə Norveçin Hamar şəhərində doğulan Pedersenin ilk peşəkar komandası “HamKam” olub. 2007-2008-ci ildə burada 9 oyun keçirən forvard 2009-2010 mövsümün “Stromsqodset”də keçirib və 40 oyuna 17 qol vurub.

İlk legioner həyatını isə Hollandiyanın “Vitess” klubunda yaşayıb. 2010-2014-cü illərdə bu klubun futbolçusu olan Markus cəmi 27 oyuna çıxıb və 6 qol vurub. Zədə səbəbindən o, çox oynaya bilməyib. “Vitess”də olarkən “Valerenqa”, “Odense” və “Barsnli” klublarına da icarəyə verilib.

 

2014-cü ilin qış mövsümündən sonra isə Norveçə, bu dəfə “Brann”a dönüb. Pedersen Norveçin aşağı yaş qruplarından olan bütün yığmalarda forma geyinib. 2013-cü ildən bu yana isə Norveç millisinin üzvüdü. Belədə Pedersenin illik əməkhaqqı "Qarabağ" tərəfini razı salsa və Qurbanovun bu forvardı heyətində görmək istəsə, qışdan sonra norveçli ölkəmizdə çıxış edəcək.


Digər xəbərlər

Xəbər xətti