Qattuzo AFFA-nın 1 milyonluq təklifindən imtina edib

12:43 25 Dekabr 2014

AFFA Robert Prosineçkidən öncə İtaliya millisinin sabiq üzvü Cennaro Qattuzoya da təklif göndəribmiş.

Sportarena.az xəbər verir ki, bu haqda Yunanıstan mətbuatı məlumat yayıb. İddiaya görə, hazırda OFİ-ni çalışdıran gənc mütəxəssis AFFA-nın 1 milyonluq təklifindən imtina edib:

 

"Qattuzo 1 milyon avro qarşılığında Azərbaycan millisini çalışdırmaqdan imtina edib. Azərbaycan OFİ ilə müqaviləni pozmaq üçün qarşı tərəfə də 700 min avro təklif etmişdilər. Ancaq bu, son aylarda italyan məşqçiyə edilən çoxsaylı təkliflərdən yalnız biridi".


Digər xəbərlər

Xəbər xətti