"Qarabağ"ın müxtəlif yaş qrupları üzrə komandalarının məşqçiləri Hollandiyaya gedə bilməyiblər.
Sportarena.az xəbər verir ki, buna onların viza problemi ilə üzləşməsi səbəb olub.
Qeyd edək ki, gələn il yanvarın 14-də Ağdam klubunun məşqçiləri idman direktoru Con van Loenin rəhbərliyi altında onun vətəninə üz tutacaqlar. Orada onlar "Ayaks", PSV, "Feyenoord" və "Utrext" kimi klubların bazasına baş çəkib, yerli çempionatın oyunlarını izləyəcəklər.