Dadaş Dadaşbəyli "Zirvə"nin dünya çempionu oldu

17:12 25 Dekabr 2014

“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində Klublarası ilk dünya çempionatında ikinci, eyni zamanda son yarış günü start götürüb. Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən “Altınpark-Akarsu” İdman Kompleksində körpücük üzərinə ilk olaraq yaşı 20-yə qədər olan idmançılar çıxıblar. Azərbaycan idmançısı qızıl medal qazanmaqla bizləri sevindirib.

“Abşeron-Zirvə” idmançısı Dadaş Dadaşbəyli toplam 352 kq (162+203) nəticə və 401.94 Sinkleyr xalı ilə rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri Moldovadan Andrian Mortikala tutub.  O, 335 kq (155+180) nəticə və 378.49 xal toplayıb. Bürünc medal isə 295 kq (138+157) və 375.69 xal qazanan gürcü idmançı İrakli Qabritçedzeyə qismət olub.


Digər xəbərlər

Xəbər xətti