SON XƏBƏR - "Sumqayıt" Antalyaya getməkdən imtina etdi

19:03 25 Dekabr 2014

"Biz təlim-məşq toplanışını ölkə daxilində keçirəcəyik. Heç bir xarici ölkəyə səfər olmayacaq".

Sportarena.az xəbər verir ki, bu sözləri report.az-a açıqlamasında "Sumqayıt"ın prezidenti Kamran Quliyev deyib.

 

Onun sözlərinə görə, yanvarın 5-də bir araya gələcək komanda toplanışı Sumqayıt şəhərində keçirəcək. Klub prezidenti bu dəfəki toplanışın xarici ölkədə keçirilən toplanışla heç bir fərqinin olmayacağını vurğulayıb. O, komandanın Sumqayıtda otellərin birində qalacağını və yoldaşlıq görüşlərinin də planlaşdırdığını söyləyib. Quliyev 3-4 yoxlama oyununun keçiriləcəyini, lakin rəqiblərin hələ dəqiqləşmədiyini deyib.

 

Qeyd edək ki, "Sumqayıt" fasilədən sonra ilk oyununu yanvarın 30-da səfərdə "İnter"ə qarşı keçirəcək.


Digər xəbərlər

Xəbər xətti