Qış transfer dönəmində əsasən yerli futbolçularla güclənməyi düşünən “Neftçi” artıq ilk addımlarını atıb.
Sportarena.az-ın apasport.az saytına istinadən məlumatına görə, paytaxt təmsilçisi 3 futbolçu ilə danışıqlar aparır. “Xəzər Lənkəran”dan ayrılan Rauf Əliyev, “Qaziantep BB”nin vidalaşdığı Rəhman Hacıyev və “Elazığspor”u tərk edərək vətənə dönən Cavid İmamverdiyev karyerasını “Neftçi”də davam etdirməyə çox yaxındı. Çünki hər üç futbolçu ilə aparılan danışıqlar yekunlaşmaq üzrədi. Hər 3 futbolçu “ağ-qara” formanı geyinməyə razılıq verib.
Qeyd edək ki, bu “üçlük”dən Cavid İmamverdiyev mövsümün əvvəlində “Elazığspor”a məhz “Neftçi”dən keçmişdi.