"Bakı" klubunun vitse-prezidenti Yaşar Seyidov gənc futbolçu Nurlan Novruzovun mətbuatda yayılan transfer qiymətinin düzgün olmadığını bildirib.
Sportarena.az xəbər verir ki, Seyidov bu barədə Goal.az-a açıqlama verib:
"Nurlan Novruzovun qiyməti 50.000 dollardır? Bu xəbərlər əsassızdır. Nurlanın transfer qiymətinin hansı məbləğdə olduğunu onu transfer etmək istəyən klubla danışıqlar apardıqdan sonra bilmək olar. Hələki ortada heç nə yoxdur".