"Xəzər Lənkəran"da az maaş onu da qane etmədi

01:40 27 Dekabr 2014

Oğuz Çətinin istefası ilə gəncləşdirmə siyasətinə start verən "Xəzər Lənkəran" daha bir legionerlə yollarını ayırıb. 

Sportarena.az xəbər verir ki, "ağ-yaşıllar" Tyeqo Xesusla da vidalaşıb. Braziliyalı müdafiəçi cənub klubunun yeni müqavilə şərtlərini qəbul etməyib və ayrılmağa qərar verib.

Qeyd edək ki, Tyeqo bu ilin yanvarında "Fiqueyrense"dən "Xəzər Lənkəran"a transfer olmuşdu.


Digər xəbərlər

Xəbər xətti