Səlimov Bakının yarım milyonundan niyə imtina edib?

18:25 26 Dekabr 2014

Azərbaycan rəsmiləri Dağıstanda anadan olan Yunan-Roma güləşi üzrə ikiqat Avropa çempionu Alim Səlimovu 2007-ci ildə milliyə qatmaq üçün 500 min dollar təklif ediblər.

 

Belarus Prezidenti Aleksandr Lukaşenkonun mənzil hədiyyə etməsindən sonra Alim Səlimov Azərbaycan rəsmilərinin bu təklifindən imtina edib.

 

Hazırda Belarusun Yunan-Roma güləşi üzrə yığma komandasının üzvü olan A.Səlimov həmin təklifin karyerasının ən önəmli dövrü olduğunu bildirib.

 

Qeyd edək ki, Alim Səlimov 2005 və 2011-ci illərdə Yunan-Roma güləşi üzrə dünya çempionu olub. (axar.az)


Digər xəbərlər

Xəbər xətti