Gəncləşdirmə siyasətinə başlayan “Xəzər Lənkəran” klubu heyətinə kənardan futbolçu cəlb etməyəcək.
Sportarena.az stadium.az-a istinadla xəbər verir ki, Lənkəran klubu Türkiyəyə təlim-məşq toplanışına 23 futbolçuyla yollanacaq. Gələn il yanvarın 3-nə kimi əsas komandadan düşərgədə kimlərin qalacağına aydınlıq gələcək. Bundan sonra isə çatışmazlıqların hamısı ikinci komandadan götürüləcək futbolçularla doldurulacaq. Klubun sahibi Mübariz Mənsimov bildirib ki, ən azı gələn il yaya qədər heç bir futbolçu alınmayacaq.
Bu arada Cənub təmsilçisi yalnız üç legioneri təlim-məşq toplanışına aparacaq. Bunlar Vyekoslav Tomiç, Alfred Sanko və Sadio Tounkaradır. Hələlik ancaq bu əcnəbilər düşərgədə qalmağa razılıq verib.
Yerli futbolçulardan isə Rahid Əmirquliyev, Ağabala Ramazanov və Tural Cəlilov Lənkəran klubundakı karyerasını davam etdirək. Digər futbolçuların taleyinə isə yanvarın 3-nə kimi aydınlıq gələcək.