"Barselona"nın müdafiəçisi Martin Montoya "Yuventus"da oynamağa razılıq verib.
Sportarena.az xəbər verir ki,"qoca senyora"nın nümayəndələri transferi yekunlaşdırmaq üçün Kataloniyaya gəliblər. Montoya "Barsa"nı öz istəyi ilə tərk etmək istədiyindən, rəhbərlik futbolçuya mane olmayıb. "Yuventus"un gənc müdafiəçiyə 4 illik müqavilə təklif edəcəyi bildirilir.