"Xəzər-Lənkəran"ın sabiq futbolçusu və hazırda "Rəvan"ın U-19 komandasında baş məşqçi kimi çalışan Fizuli Məmmədov "Xəzər-Lənkəran"ın 10 illik tarixinin ən yaxşıları sırasında yer alıb. O ən yaxşı sağ cinah müdafiəçisi kimi tarixə düşüb.
Fizuli Məmmədov Sportarena.az saytına açıqlamasında "Xəzər-Lənkəran"ın tarixinə düşdüyü üçün sevinc hissi keçirdiyini dilə gətirdi :
"Çox şadam ki, "Xəzər-Lənkəran"ın tarixinə düşdüm, bu klubun azarkeşləri məni həmişə axtarır, onlarla tez-tez danışıram. Mən ümumən deyim ki, "Xəzər-Lənkəran" və onun azarkeşlərini heç vaxt unutmaram, onlar həmişə mənim ürəyimdədir".
İlkin, Sportarena.az