"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Elbrus Məmmədov əvəzedici komandanın müdafiəçisi İlqar Abdullayevlə "Sumqayıt"In maraqlanmasına münasibət bildirib.
Gənc mütəxəssis maraqlı fikirlərlə yadda qalıb: "İlqarla tək "Sumqayıt" yox, bir çox klub maraqlanır. Ümumiyyətlə, İlqardan başqa digər istedadlı futbolçularımız da var. Onlar həqiqətən də bu mövsüm hər oyunda özlərini yaxşı tərəfdən göstərdilər. Adi bir misal deyim. "Qəbələ" ilə oyundan sonra az qala bütün komandamızı istəyirdilər (gülür). Əslində bu, sevindirici haldır ki, "Xəzər Lənkəran"ın futbolçuları bu qədər diqqət mərkəzinə düşməyi bacarıblar.Amma bu futbolçular bizim özümüzə də lazım olduğu üçün onları heç hara buraxmaq niyyətimiz yoxdur". (rekord)