UEFA Premyer Liqamızdakı legionerləri qiymətləndirdi

15:14 27 Dekabr 2014

UEFA-nın rəsmi saytı Azərbaycan Premyer Liqasında ilk yarının yekunu ilə bağlı siyahı tərtib edib.

Sportarena.az xəbər verir ki, siyahıda milli çempionatın ən yaxşı 7 əcnəbi futbolçusunun adı açıqlanıb.

 

Siyahıya Leroy Corc, Muarem Muarem (hər ikisi "Qarabağ"), Aleksandr Amisulaşvili, Derlis Meza Kolli (hər ikisi "İnter"), Karlos Kardoso ("Neftçi"), Adrian Skarlatake ("Xəzər Lənkəran"), Draqan Çeran ("Simurq") yer alıb. Yazıda bu futbolçuların üstün keyfiyyətlərindən bəhs olunub.

 

Ansi Aqoli, Riçard Almeyda (hər ikisi "Qarabağ"), Mikel Alvaro ("İnter"), Sadio Tounkara ("Xəzər Lənkəran"), Rafael Dos Santos ("Qəbələ"), Viktor İqbekoyi (AZAL) və Georgios Pelagiosun ("Bakı") da ən yaxşı əcnəbi futbolçular sırasında yer aldığı qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti