Hafkanın çörəyi Anar Məmmədovun boğazında qaldı

16:08 27 Dekabr 2014

"Bakı" klubunun Biləcəri qəsəbəsində yerləşən təlim-məşq bazasının əlindən alınacağıyla bağlı xəbərlər dolaşırdı.

Sportarena.az xəbər verir ki, nəqliyat naziri Ziya Məmmədovun oğlu, Azərbaycan Qolf Federasiyasının prezidenti Anar Məmmədov "Bakı"nın bazasın əlindən almağa çalışırdı. Çünki onun klub prezidenti Hafiz Məmmədovla münasibətləri soyuyub. 

"Bakı"nın bazasına bitişik ərazidə Qolf Federasiyasının binasın tikdirən Məmmədov, bütün ərazini ələ keçirməyə çalışırdı. Hətta kluba xəbərdarlıqda edilmişdi ki, dekabrın 31-nə kimi hər kəs bazasını tərk etsin və səlahiyyət ələ alınsın. Aldığımız məlumata görə, Anar Məmmədov arzusuna çata bilməyib. Olaya müdaxilə edən Hafiz Məmmədov bütün işləri qaydasına qoyub. (stadium)


Digər xəbərlər

Xəbər xətti