"İnterAz" televiziyasında yayımlanan "Arena" verilişinin növbəti buraxılışı efirə yayımlanıb.
Sportarena.az xəbər verir ki, verilişin bu dəfəki qonaqları sabiq FİFA referisi Babək Quliyev və tanınmış müğənni Zaur Babayev olub. Verilişdə qonaqları Premyer Liqa komandalarının son oyunlarına toxunublar. Veriliş zamanı Babək Quliyev vaxtilə çalışdığı "Xəzər-Lənkəran" klubu barədə danışıb :
"Bu komandanın azarkeşlərin bir nömrədir. Amma birmənalı şəkildə deyirəm ki, "Xəzər-Lənkəran" klubu azarkeşlərinin haqqını verə bilmir. Belə bir azarkeşi olan komandanın yaxşı oyun sərgiləməməsi "Xəzər-Lənkəran" klubuna yaraşmır".