İngiltərə Premyer Liqasında çıxış edən "Kristal Pelas"ın baş məşqçisi Nil Uornok tutduğu vəzifədən azad edilib.
Sportarena.az xarici KİV-lərə istinadən xəbər verir ki, Premyer Liqanın son turunda doğma meydanda "Sauqempton"a 1:3 hesablı məğlubiyyətdən sonra klub rəhbərliyi bu addımı atıb.
Qeyd edək ki, Nil Uornokun rəhbərliyi altında "Kristal Pelas" 18 turdan sonra turnir cədvəlinin 18-ci pilləsində qərarlaşıb.